Bakıda amerikalı həmkarı tərəfindən döyülən müəlimin əri: “Saçından tutub ayağının altına saldı”

  • 13 Apr - 2019

Bakıda “British school College”-də dava salan Aidə Əsədova həyat yoldaşı Rəfael Əsədov baku.ws-ə hadisə barədə ətraflı məlumatlar verib.

O, bildirib ki, əslində baş verən hadisədə onun həyat yoldaşının heç bir günahı yoxdur.

“Yoldaşım kollecdə olarkən dəhlizdə müəllim yoldaşı ilə söhbət edirmiş Qəfil Coandra Hollis Conu onlara yaxınlaşıb və yoldaşımdan yanında olan şəxsin kim olduğunu soruşub. Danışıq zamanı onlar arasında mübahisə düşüb. Amerikalı qadın yoldaşımın saçından tutdu və onu ayağının altına salaraq sürüyüb və vəhşicəsinə döyüb. Yoldaşımın gözü şişib, bərk əzilib”, - deyə Rəfael Əsədov bildirib.

O, bildirib ki, bu barədə polisə də şikayət ediblər, Amerika səfirliyinə də bildiriblər.

Qeyd edək ki, Bakının elit kollecində müəllimlər arasında əlbəyxa dava olub.

Hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən “British school College”-də işləyən müəllimələr – 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında münaqişə baş verib.


Oxşar yazılar