"Bakı Metropoliteni" 6 yeni qatar alacaq

  • 13:23 - 13 Aprel

Bakı Metropoliteni cari ildə "81-765" tipli, "Metrovaqonmaş" istehsalı olan 6 qatar alacaq.

ONA-nın xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin Vaqonların əsaslı təmiri xidmətini rəisi Kamran İsmayılov deyib.

Onun sözlərinə görə, istismarını başa vurmuş 6 qatar xətdən kənarlaşıdırılacaq: "Ümumiyyətlə, qatarların istimar müddəti 31 ildir. İstismarını başa vurmuş 81-714/717 tipli 6 qatar xətdən uzaqlaşdırılaraq, əvəzində bu il 81-765 tipli, "Metrovaqonmaş" istehsalı olan 6 qatar alınacaq. Bu qatarların istehsalında ən aparıcı sistemlər tətbiq olunub”.


Oxunma sayı: 13464

Oxşar yazılar