İstanbulun Maltəpə rayonunda dayandırılan təkrar sayılma yenidən başladı

  • 13 Apr - 2019

İstanbulun Maltəpə rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinə verilmiş səslərin sayılması prosesi dünən axşam baş verən insidentdən sonra yenidən başlayıb.

Avropa.info xəbər verir ki, təkrar sayılma Türkiyə vaxtı ilə 09:30-da başlayıb. 1089 qutudan 405-i sayılıb. 684 qutuda isə sayılma davam edir. Səslərin sayılması ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. 

Niğde vilayətindən CHP-dən deputat seçilmiş Ömər Fəthi Gürər seçki qutuları başında 25 millət vəkilinin növbə çəkdiyini deyib.

Xatırladaq ki, dünən axşam bir qrup AKP və MHP üzvü məntəqə Türkan Saylan adına Mədəniyyət Mərkəzinə daxil olaraq təkrar sayılma prosesinə müdaxilə etmişdilər.


Oxunma sayı: 88

Oxşar yazılar