Kəramətlə dostunu kafedə döydülər

  • 11:07 - 13 Aprel

Gənc yazıçı, jurnalist Kəramət Böyükçöl (Nəcəfov)  döyülüb.

Avropa.info bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu barədə dostu 1986-cı il təvəllüdlü Şamil Paşayev Yasamal rayon 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Belə ki, aprelin 11-i gənc yazıçı dostu Ş. Paşayevlə birgə Yasamal rayonunda yerləşən "Port Röyal " kafesində tanımadıqları 10 nəfərə yaxın şəxslə mübahisə edib. Bu zaman Kəramətlə dostunu xuliqanlıq zəminində döyərək xəsarət yetiriblər. 

Faktla bağlı polis bölməsində araşdırma aparılır.


Oxunma sayı: 8459

Oxşar yazılar