Astaranın üç kəndinin elektrik enerjisi ilə təchizatına 1,5 milyon manat ayrılıb - Sərəncam

  • 12 Apr - 2019

Prezident İlham Əliyev Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb. 

Avropa.info-nun  məlumatına görə, sərəncamla Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb.


Oxşar yazılar