Tarixi soyqırımlarla zəngin olan Fransa 24 apreli qondarma "erməni soyqırımı qurbanlarının xatirə günü" elan etdi - Fransanın Əlcəzair və Ruandada törətdiyi soyqırım faktlarla (Foto)

  • 12 Apr - 2019

Fransa Prezidenti Emmanuel Makron 24 aprel tarixini qondarma "erməni soyqırımı qurbanlarının xatirə günü" elan edilməsi ilə bağlı qərar verib.  

Avropa.info xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun 24 apreli “qondarma erməni soyqırımının” qurbanlarının xatirə günü elan etməsi qərarını tənqid edib.

“Fransanın Türkiyəyə dair dostluq prinsiplərindən uzaq mövqeyi Türkiyə-Fransa əlaqələrinə mənfi təsir göstərəcək”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

Bəyanatda həmçinin bildirilir ki, Emmanuel Makronun qərarı Fransada yaşayan 700 mindən çox etnik türkün hüquqlarını pozur.

Fransanın hər zaman erməniləri dəstəkləyən bir dövlət olduğu məlumdur. Belə halda bu ölkənin Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olması düşündürücüdür. Digər tərəfdən Fransanın öz tarixinin soyqırımlarla zəngin olması da məlumdur. 

1945-ci ilin 8 may tarixi.  Fransa üçün" qurtuluş", Əlcəzair üçün soyqırım günü. Fransız müstəmləkəsi Əlcəzair, nasist Almaniyası tərəfindən işğal edilən Fransanın qurtuluşu üçün gənclərini müharibəyə göndərdi. Qarşılığında Fransadan yalnız müstəqillik istədi. Fransa təklifi qəbul etdi. Almaniya, Əlcəzairli əsgərlərin dəstəyi ilə məğlub edildi. 
  

katliamm (2)


Fransanın qələbəsi, Əlcəzairdə bayram kimi qeyd olundu. Küçələrə tökülən xalq, onlara  verilən müstəqillik sözünün tutulacağını düşünərək  təntənəli yürüşlər keçirdi. Ancaq Fransa, verdiyi sözü tutmadı. Yürüşə qatılan xalqın üzərinə işğalçı fransız əsgərləri tərəfindən atəş açıldı. Qətliam günlərlə sürdü. Günahsız insanlar evlərindən çıxarılaraq  güllələndi. Kəndlər və qəsəbələr bombalarla yerlə bir edildi. Fransız əsgərləri təxminən 45 min əlcəzairlini qətlə yetirdi. Qadın, uşaq, yaşlı, gənc demədən on minlərlə əlcəzairli fransız əsgərlərinin güllələrinə tuş gəldi. 

Əsgərlər yolda qarşılarına çıxan əlcəzairliləri öldürürdü. Bununla kifayətlənməyən fransız əsgərlər, əlcəzairli müsəlman qadınlara təcavüz etdi. 

Ruanda



Qətlə yetirilən on minlərlə əlcəzairli şəhərdən kənarda nəhəng quyularda basdırıldı. Bir qismi isə yük maşınlarına doldurularaq əhəng sobalarında yandırılmağa aparıldı. Əlcəzairlilərin cəsədləri nasist sobalarına bənzəyən ölüm sobalarında yandırıldı. 1945 il Fransanın tarixində utanc ili kimi həkk olundu. Əlcəzair hökuməti Fransa hökumətindən qətliam barədə dəfələrlə üzr tələb etməsinə baxmayaraq, Fransa bu tələbi yerinə yetirmir. 

Ruanda Araşdırma Komissiyasının hazırladığı 500 səhifəlik hesabatda  Fransanın bu ölkədə 1994-cü ildə törətdiyi soyqırım haqqında təfsilatı ilə yazılırdı. BU hesabatdan sonra BMT, 1994-ci ilin iyun-avqust aylarında Ruandada 800 min tutsi və hutunun ölümü ilə nəticələnən soyqırım haqqında bir araşdırma komissiyası qurdu. Hesabat Fransa və Avropada bomba effekti yaratdı. Türkiyəni hər fürsətdə saxta "erməni soyqırımı" ilə suçlayan  Fransanın Ruandada soyqırıma dəstək verdiyi, fransız əsgərlərinin bu qanlı prosesdə iştirakı faktlarla üzə çıxdı.  

Картинки по запросу Əlcəzair soyqırımı



Komissiya hesabatında, Ruanda hökumətindən Fransa dövlətinə qarşı beynəlxalq qurumlarda cinayət işinin açılması tələb edilirdi. Fransa, müxtəlif üsullarla Ruanda hökumətinə təzyiqlər göstərərək sözügedən soyqırıma rəsmilik verilməməsi üçün can atır.

Bundan başqa, Fransanın Afrikada Benin, Qabon, Burkina-Faso, Qana, Kamerun kimi ölkələrdə də qətliamlar törətdiyi məlumdur. 

Avropa.info


Oxunma sayı: 231

Oxşar yazılar