Azərbaycanlı futbolçu “Spartak”ın azarkeşlərindən üzr istədi

  • 12:49 - 12 Aprel

Rusiyanın “Spartak” futbol klubunun yarımmüdafiəçisi Ayaz Quliyev öz hərəkətinə görə azarkeşlərdən üzr istəyib.

Avroopa.info xəbər verir ki, 22 yaşlı futbolçu küçədə baş verən hadisə zamanı piyadanın burnunu sındırmışdı.

“Mən özümü aqressiv apardım və günahımı etiraf edirəm. Zərərçəkənə bir daha üzrxahlığımı bildirirəm. Bundan əlavə məni tamam başqa prinsiplər əsasına yetişdirən doğma klubuma təşəkkür etmək istəyirəm. Qırmız-ağ azarkeşlər qarşısında çox utanıram. Bu hadisə ömrüm boyu mənə dərs alacaq” – Quliyevin açıqlamasında deyilir.

“Spartak” öz növbəsində Quliyeva qarşı sərt intizam cəzası tətbiq edəcəyini deyib.

Zərərçəkən şəxs, ABŞ vətəndaşı Con Eli üzrxahlıq və tibbi xərclərin ödənilməsindən sonra futbolçuya qarşı iddiasını götürüb.


Oxunma sayı: 6226

Oxşar yazılar