Mühafizə çəpərini oğurlayıb evinə apardı

  • 11:05 - 12 Aprel

Ələt-Astara yolunda mühafizə çəpərini oğurlayan şəxs tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avropa.info-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun kənarındakı mühafizə çəpərinin dayaqlarını oğurlayan şəxs saxlanılıb.

Astara RPŞ-yə Ələt-Astara magistral yolunun 188-ci kilometrində dayanacaq meydançası ətrafında ümumi dəyəri 1206 manat olan hər biri 3 metr olmaqla 60 ədəd məftil mühafizə çəpərinin dayaqlarının oğurlanması ilə bağlı müraciət daxil olub.

RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən rayonun Bala Şahağacı kənd sakini Eyvaz Məcidov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinin zirzəmisindən paslanmayan dəmir dayaqlar aşkar edilərək götürülüb.


Oxunma sayı: 7062

Oxşar yazılar