İlham Əliyevin yenidən prezident seçilməsinin bir ili – Strateji hədəflərə doğru: Yeni idarəetmə mərhələsinə keçidin əsasları (Bizim şərh)

  • 15:57 - 11 Aprel

Bu gün İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili tamam olur. Ötən 1 ildə müxtəlif sahələrdə islahatlar həyata keçirilib, əmək pensiyası, minimum əməkhaqqı, təqaüd və müavinətlər artırılıb. Prezident Əliyev son aylar ərzində tamamilə yeni rakursda öz fəalliyyətini davam etdirib. Prezidentin həyata keçirdiyi siyasi xətt yalnız siyasi texnologiya elementləri deyil, ənənəvi idarətetmə içində seçilən tamailə yeni siyasi kursdur. Yəni, baş verənlər yalnız PR elementləri deyil, yeni yanaşmadır. 

Prezident Əliyev inqilabi islahatlara start verib. Aparıcı dünya ölkələrinin idarəetməsi modelində ekspertlərə ayrılan rol artıq Azərbaycanda da işləməyə başlayıb. Bir sözlə, güc dinamikasi islahatci təfəkkürdə olanlarin lehinə dəyişməkdədir. Ölkə rəhbəri yerli mətbuata müsahibə verərək, aparılan islahatların fəlsəfəsini tam açıqlamış oldu. 

Prezidentin xalq artisti Rasim Balayevə telefon zəngi etməsi gözəl jest idi. İlham Əliyev dəyişiklik tərafdarıdır. Problemləri araşdırmaq üçün sosial şəbəkələri izləyir. Ölkə rəhbəri problemləri anındaca həll etməyə çalışır. Ötən bir il ərzində İlham Əliyev ölkənin iqtisadi-siyasi islhatları ilə bağlı imzaladığı sərəncam və fərmanlarla nə istədiyini açıqlayıb. 

Faktlara nəzər edək. 

Dövlət başçısının seçkilərdən sonra imzaladığı ilk fərman şəhid ailələri ilə bağlı oldu. Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə başlanıldı. İlham Əliyevin yanvar ayının 28-də imzaladığı digər fərmanla 11 min manat birdəfəlik ödəmə alacaq şəhid ailələrinin əhatə dairəsi daha da genişləndi. 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi qərara alındı. 

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləğini 242 manatdan 300 manata qaldırdı. Ötən bir il ərzində sosial sahədə də bir sıra mühüm addımlar atıldı. Bunlardan biri minimum əməkhaqqının artırılması oldu. Belə ki, minimum əməkhaqqının məbləği martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Sərəncamdan əvvəl 400 min şəxs 180 manatdan az əməkhaqqı alırdı ki, onların da 67 faizi, yəni 270 mini dövlət sektorunda çalışırdı. Bu sərəncamdan sonra minimum aylıq əməkhaqqı yaşayış minimumuna bərabərləşdi. Minimum əməkhaqqının məbləğinin artırılması 600 minədək insanı əhatə etdi. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım oldu. 

Milli Məclisin fevralın 19-da qəbul etdiyi və ölkə başçısının təsdiqlədiyi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna əsasən bu il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat məbləğində müəyyən olundu. Dəyişiklik 233 min nəfərin pensiyasında hiss olunacaq artıma gətirib çıxardı. 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artdı. Bütövlükdə isə əhalinin böyük bir qisminin pensiyası 38,5 faiz civarında artdı. 28 yanvar 2019-cu il tarixli Sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrıldı. 2019-cu ildə azı 800 mənzil həmin insanlara təqdim ediləcək. Eləcə də 18 mart 2019-cu il tarixli Sərəncamla müharibə əlillərinin minik avtomobilləri ilə təminatı üçün 5 milyon manat ayrılması 2019-cu ildə əlavə 400-dən artıq avtomobil alınmasına, nəticədə bu il müharibə əlillərinə nəzərdə tutulandan 3 dəfə çox, yəni 600-dək avtomobil verilməsinə imkan yaradır. Qeyd edək ki, müharibə əlillərinə ötən il 265 avtomobil, bu vaxta qədər isə 6 144 avtomobil verilib. 8 fevral 2019-cu il tarixli Sərəncamla ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq 180 manata çatdırılması oldu. 600 min (o cümlədən dövlət sektoru üzrə 450 min, özəl sektor üzrə 150 min) işçinin rifahına ciddi dəstək olan bu artım üçün illik 400 milyon manat əlavə vəsait ayrılacaq. Minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasına imkan verən bu artım eyni zamanda qeyri-rəsmi əmək münasibətlərinin də leqallaşdırılmasına öz müsbət təsirini göstərir. 

Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Sərəncamın icrası üçün əlavə olaraq illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir. Eyni zamanda, 2019-cu il 26 fevral tarixli Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verildi. 14 fevral 2019-cu il tarixli Sərəncamla 110 minədək tələbənin təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu. Ölkədə vətəndaşların sosial problemlərinin həllini öz siyasətində prioriet kimi müəyyən edən Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixli Fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə də şərait yaratdı. Ölkənin sosial həyatı üçün olduqca mühüm olan, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım aztəminatlı vətəndaşların əsas problemini aradan qaldırmış oldu. Bu gün İlham Əliyev xalq arasında olan bir siyasətçidir. Ölkənin heç bir digər siyasətçisi bu məsələdə onunla müqayisə edilə bilməz. Sadə vətəndaşlarla birbaşa təmas İlham Əliyevin siyasi kursunun ana xəttidir. Elə bu siyasət nəticəsində müxtəlif sosioloji sorğu mərkəzlərinin keçirdikləri rəy sorğusunda İlham Əliyevin reytinqi olduqca yüksək göstərilir. 

Prezident Əliyev bəyan edib ki, struktur dəyişiklikləri, kadr islahatlaı davam edəcək. Bu isə o anlama gəlir ki, İlham Əliyev qısa bir zamanda ölkənin başlıca problemlərini, o cümlədən Qarabağ problemini həll edəcəyinə inamlıdır... 

Avropa.info-nun ekspert qrupu


Oxunma sayı: 6688

Oxşar yazılar