Nardaranda keçmiş məhkumda silah-sursat və 4 ədəd xəncər tapıldı – Foto

  • 14:48 - 11 Aprel

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Nardaran qəsəbəsi sakini əvvəllər məhkum olunmuş Rəşad Xudaverdiyev saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb. Götürülən silah və xəncərlər qablaşdırılaraq ekspertizaya göndərilib.

Faktla bağlı R.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Nardaranda keçmiş məhkumda silah-sursat və 4 ədəd xəncər tapıldı - FOTO

Oxunma sayı: 15037

Oxşar yazılar