SOCAR Pakistana uzunmüddətli müqavilə ilə ildə 1 mln. tondan çox neft məhsulları satacaq

  • 21:15 - 10 Aprel

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - "SOCAR Trading" şirkəti Pakistana uzunmüddətli müqavilə əsasında ildə 1 mln. tondan çox həcmdə neft məhsulları satacaq.

Tədarük ediləcək məhsulun 100 mln. dollarlıq hissəsi üçün Pakistan Dövlət Neft Şirkətinə (PSO) kredit xətti açılacaq.

Artıq ötən həftə Pakistan dövlət orqanları "SOCAR Trading"in PSO şirkəti ilə neft məhsullarının tədarükü ilə bağlı imzalaması nəzərdə tutulan uzunmüddətli razılaşmanı təsdiq edib. Sazişin PSO şirkəti ilə son müzakirədən sonra imzalanması nəzərdə tutulub.

Hazırda Pakistanda uzunmüddətli müqavilə ilə neft məhsullarının satışını yalnız Küveytin KPC (Kuwait Petrolium Company) şirkəti həyata keçirir. Müqavilənin imzalanması ilə SOCAR KPC şirkətindən sonra Pakistanda uzunmüddətli müqavilə əsasında neft məhsulları tədarük etmək hüququ olan ikinci şirkət olacaq. Digər şirkətlər bu bazarda satışı tender qaydalarına uyğun həyata keçirir.


Oxunma sayı: 14091

Oxşar yazılar