Maliyyə naziri IMF-in Azərbaycan üzrə missiyasının yeni rəhbəri ilə görüşüb

  • 18:08 - 10 Aprel

Bu gün maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Natalia Tamirisanı qəbul edib. 

Bu barədə Avropa.info-ya Maliyyə Nazirliyindən bildirilib. 

Məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan üzrə missiyanın keçmiş rəhbəri Məhəmməd əl Qorçi də iştirak edib. IMF ilə Azərbaycan arasında texniki əməkdaşlıq sahəsində mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb, ölkədə makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğu, əlverişli biznes və investisiya mühitinin yaradıldığı qeyd olunub. 

S.Şərifov N.Tamirisaya gələcək fəaliyyətində uğurlar arzulayıb, IMF ilə Azərbaycan arasında mövсud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.


Oxunma sayı: 11979

Oxşar yazılar