İstanbulun Böyükçəkməcə rayonunda CHP-li bələdiyyə sədrinin saxtakarlıqları sənədlərlə üzə çıxdı : İnsanları it sığnacaqlarına, tövlələrə qeydiyyata saldılar, karusel etdilər

  • 15:05 - 10 Aprel

İstanbulun Böyükçəkməcə rayonunda CHP-li bələdiyə sədrinin evlərə, tövlələrə, hətta it sığınacaqlarına minlərlə seçicini qeydiyyata saldıqları sənədlərlə ortaya çıxıb. 

Avropa.info xəbər verir ki, rayon sakinləri bəzi adamların avtobuslarla səsverməyə gətirildiklərini bildiriblər.  
 

"Star" qəzetinin verdiyi məlumata görə, Böyükçəkməcədə saxta seçici qeydiyyatlarından səs verilməsinin ortaya çıxmasından sonra, həmin yerlər aşkarlanaraq bir-bir lentə alınıb.

Məlumatlara görə, CHP-li bələdiyyə sədri rayonda yaşamadığı halda kənardan daşıyaraq gətirdiyi minlərlə seçicini Böyükçəkməcə Bələdiyyəsi Baytarlıq və Sahibsiz Heyvanların Müalicə və Reabilitasiya Mərkəzinə, tövlələrə boş sahələrdə qeydiyyatdan keçirib.  


30 ildir Böyükçəkməcənin Çaxmaqlı məhəlləsində oturduğunu bildirən Oğuz Yılmaz bələdiyyənin avtobuslarla kənardan seçici daşıdığını bildirib:

"Burada hər kəsi tanıyıram. Seçki günü bu məhəllədə yaşamadıqları halda 400-450 nəfər avtobuslarla məktəblərə gətirildi. Bir qismini tanıyıram, amma burada yaşamırlar. Bunlar Bəylikdüzü, Esenyurt, Şoranlıq, Akçaburqazdan gəlirdilər. Məhəllə muxtarı ilə CHP-li bələdiyyə bu işi nüfuz idarəsindən idarə etdilər. Muxtar Erkan Eskinin küçəsində burada yaşamadıqları halda 20 nəfər seçici olaraq qeyd edilib. Muxtar kənarından gətirdiyi seçki  siyahılarını bələdiyyəyə göndərir, bələdiyyə də bunlar üçün ünvan tərtib edirdi. Bu şəkildə saxtakarlıq etdilər.

Adəm Budaq isə evində 5 nəfər seçici yaşadığı halda, mənzilinə tanımadığı adamların qeydiyyata salındığını deyib.

 "Seçkidən əvvəl evə seçici kağızı gəldi. Ancaq heç tanımadığım Tokatlı Fatih Kösə adlı şəxsin evimdə qeydiyyatı salındığını gördüm. Məktəb müdirinə getdim bir yanlışlıq var dedim. Seçki günü seçkiyə gedəndə gördüm ki, bu adam hələ də mənim ünvanımda qeydiyyatdadır" -Adəm Budaq belə deyib.
 


Oxunma sayı: 5775

Oxşar yazılar