Portuqaliyadakı yanğınlar və quraqlıq bal istehsalına təhlükə yaradır

  • 21:22 - 08 Aprel

Portuqaliyada 2017-ci ildən başlayaraq bal istehsalı ciddi şəkildə azalıb.

 

Portuqaliyanın Milli Arıçılar Federasiyası ili pis nəticələrlə yekunlaşdırır. Bununla yanaşı, ölkədə bal istehsalçılarının sayı artıb.

Ekspertlərin fikrincə, buna səbəb iki il bundan əvvəl pətəklikləri məhv edən quraqlıq və yanğınlar, həmçinin Asiya eşşəkarılarının hücumu olub. Arıçıların sözlərinə görə, uzunmüddətli quraqlıq dövrü, istilər və soyuqlar milli arıçılığın effektivliliyinə ciddi təsir göstərir. Əvvəllər hər ayı pətəyi orta hesabla 20 kiloqram bal verirdi, indi isə bu, 12 kiloqrama bərabərdir.

Problemlərdən biri də arı koloniyalarını məhv edən Asiya eşşəkarılarıdır. “Asiya eşşəkarılarının yayılmasının qarşısının alınması vacibdir. Əks halda bu, “bütün arıçılıq və ekosistem üçün faciə ola bilər”, - deyə arıçılar bildirir.


Oxunma sayı: 12903

Oxşar yazılar