Riqada Latviya və Azərbaycan iş adamlarının işgüzar görüşləri keçirilir

  • 20:30 - 08 Aprel

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Riqaya təşkil olunan  ixrac missiyası çərçivəsində Latviya və Azərbaycan iş adamlarının işgüzar görüşləri keçirilir.

Avropa.info xəbər verir ki, 23 Azərbaycan şirkətinin iştirak etdiyi görüşlərdə Azərbaycan istehsalı olan qida, şərab və digər spirtli içkilər, turizm və tekstil məhsullarının təşviqi aparılır. Həmçinin Azərbaycan məhsullarının Latviyaya ixracı məsələsi də əsas müzakirə mövzusudur.

İxrac missiyası aprelin 10-dək davam edəcək.


Oxunma sayı: 7843

Oxşar yazılar