Ağdaban faciəsindən 27 il ötür – Fotolar

  • 08 Apr - 2019

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində soyqırım törətməsinin 27 ili tamam olur.

Avropa.info xəbər verir ki, Kəlbəcərin işğalından bir il əvvəl erməni silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən qanlı səhifələrindən biridir. 

Ağdaban soyqırımı 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri hesab edilir. Bu hadisə Azərbaycanın gözəl güşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrım faktıdır. 

Ağdaban soyqırımı bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə müşayiət olunan insanlıq əleyhinə ən böyük cinayətdir. 1992-ci il aprel ayının 8-də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlarla nərilti qoparmağa başlayıblar. Qəfil yuxudan qalxan kənd camaatı çaş–baş qalıb. 

Erməni qarətçiləri planlı surətdə hərəkət ediriblər. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək kimi tapşırıqlar əvvəlcədən müəyyənləşdirilmişdi. Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşrin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum edib. Erməni quldurları tərəfindən kənd sakinləri amansızcasına öldürülüb, kənd evlərinin əksəriyyəti yandırılıb və qarət olunub. Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub külə döndərilib. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsinə çevrilib. 

Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni seperatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandallığın davamı kimi, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub. 

Ağdaban qətliamı törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınmağı və ona görə cəzalar” Konvensiyasının müddəalarına uyğundur, beynəlxalq hüquq əsasında soyqırımı aktı kimi tövsiyə etməyə imkan verir və Ağdaban kəndinin dinc əhalisinə qarşı erməni-rus silahlı qüvvələri tərəfindən törədilən bu qırğın soyqırımı cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır. 


Oxunma sayı: 99

Oxşar yazılar