Son dəqiqə : İstanbulda seçkidə saxtakarlıq edildiyi rəsmən təsdiqləndi : Həbslər var

  • 19:40 - 07 Aprel

Ortada idarə edilmiş bir saxtakarlıq var. Hazırda iki nəfər bu məsələyə görə həbs olunub." 

Avropa.info xəbər verir ki, bu sözləri AK Partiyanın sədr müavini Ali İhsan Yavuz deyib. Yavuz 600-dən çox seçki komissiya üzvünün kənardan gətirildiyini və bunun qanunsuz olduğunu bildirb.  

"Bu qədər qəribəlik, bu qədər hər şeyin üst-üstə düşməsi mümkün mü? 2 rayondan örnək verəcəyəm. Qanun deyir ki dövlət seçki komissiyasının rəhbərləri dövlət işçiləri olacaq. İstanbulda  yaşayacaq. Burada isə həm İstanbulda olmayan, həm dədövlət işçisi olmayanlar adamlar komissiyalara gətirilib. Hətta bəzi məntəqələrdə hərbçilər komissiya üzvü olub ki, bu qanuna ziddir. Belə şəxslərin sayı 600-ü keçir.  

Baxın, bəzi rəqəmləri sizinlə bölüşmək istəyirəm. Tam bu nöqtədə öncədən bir qəribəlik var dedik. İstanbulda 274 min etibarsız səs hesablanıb. İstanbul Böyükşəhər bələdiyyə başqanlığına seçkidə isə 314 min etibarsız səs hesablanıb. Arada 40 min səs var. Bu necə olur?   

YSK-nın icazə verdiyi məntəqələrdə etibarsız səslərin 70 faizi hesablanıb. Bütün partiyaların iştirak etdiyi hesablamalar nəticəsində AK Partiya 4343 səsini bərpa edib.Baxın, bu ana qədər 14 min 456 səsimizi bərpa etmişik. Aradakı fərq 16 mindən bir az yuxarıdır. Əvvəl fərq nə qədər idi? 29 min. Bu 14 min 456 səs kimə yazılmışdı? Bütün bu səylərə dəyməzmi? Vətəndaşımızın verdiyi 1 səsin də arxasındayıq.  

Əsas odur ki, xalqın iradəsi üzə çıxsın. Səslərin yenidən sayılmasına etiraz edilməsinin arxasında nə yatır? Nədən qorxurlar? Səslərin yenidən sayılması nəticəsində CHP-yə də 3485 səs yazılıb 

Maltəpə rayonunda 3 min 124 nəfər mülkü şəxs seçki komissiyasında olub. Rayona 600 nəfər İstanbuldan olmayan şəxs gətirilib və bunar komissiya üzvü təyin olunublar. Böyükçəkməcədə də eyni zamanda 284 nəfər kənardan gətirilib. Bunların içində bələdiyyə işçiləri, hətta hərbçilər var. Bu qanuna ziddir.   

Biz 38 qəsəbədə bütün səslərin yenidən sayılması üçün müraciət edəcəyik" - Yavuz belə deyib. 

Avropa.info


Oxunma sayı: 15246

Oxşar yazılar