Hacıqabulda yol qəzası: yaralılar var
- 18:15 - 07 Aprel
Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.
"VAZ 2106" markalı avtomobil dəmir səddə çırpılıb. Nəticədə sürücü - Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1998-ci il təvəllüdlü Həsənov Elşən Gülağa oğlu və avtomobildə olan sərnişin - Hacıqabul sakini, 1979-cu il təvəllüdlü İbrahimli Qadir Şahbaz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar. Ağır kəllə-beyin travması diaqnozu qoyulan E.Həsənov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
teleqraf.com