Sürücülərin diqqətinə: Bu yol bağlı olacaq

  • 10:35 - 06 Aprel

Aparılan təmir işləri ilə əlaqədar olaraq 6 aprel tarixindən 7 aprel tarixinə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.  

Avtomobil Yolları Dövlət Agentliyindən Avropa.info-ya verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və 7 aprel tarixində axşam saatlarınadək qüvvədə olacaq.   

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir. 


Oxunma sayı: 6457

Oxşar yazılar