Nazir: “Diqlas”da yanğından zərər çəkməmiş malların inventarlaşdırılması başlayacaq

  • 17:36 - 05 Aprel

"Aprelin 6-dan "Diqlas" ticarət mərkəzinin yanğından zərər çəkməmiş anbarlarında malların inventarlaşdırılması başlayacaq".

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib.

Ş.Mustafayev bildirib ki, inventarlaşdırılmadan sonra sahibkarlara ödəniləcək ziyanın məbləği müəyyən ediləcək.

Nazir daha sonra əlavə edib ki, ticarət mərkəzinin binasının bərpası mümkün deyil:

"Ticarət mərkəzinin yerində yenisi tikiləcək ya yox, bu, artıq ticarət mərkəzinin sahiblərindən asılıdır".


Oxunma sayı: 4499

Oxşar yazılar