Bakıda həbsxanada dava olub – Rəsmi münasibət (Yenilənib)

  • 10:04 - 05 Aprel

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Avropa.info-nun məlumatına görə, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Trend-ə açıqlamasında bildirib ki, hadisə mart ayının əvvəlində baş verib: "2 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər yox, 3 nəfər məhkum arasında münaqişə baş verib. Həmin şəxslər müəssisə rəhbərinin qərarı ilə cərimə təcridxanasına keçirilib. Hadisə nəticəsində xəsarət alanların olması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar yalandır".

***

Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.

Avropa.info "Report"a istinadla xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 15642

Oxşar yazılar