“Kommunist başqan” bələdiyyə sədri mandatını ala bilmədi

  • 15:23 - 04 Aprel

Türkiyə Kommunist Partiyasının siyahısından Tuncelide bələdiyyə sədri seçilən Fatih Mehmet Maçoğlu mandatını ala bilməyib.

Avropa.info xəbər verir ki, dünən məşğul olduğunu bəhanə gətirən idarə, bu gün də heç bir əsas göstərmədən mandatı verməyib. Seçki Komissiyasına gedən Maçoğlu və bələdiyyə məclisi üzvlərinə təhlükəsizlik məsələsi əsas gətirilərək mandatların verilməyəcəyi bildirilib.

“Biz deyilənlər budur yoldaşlar. Bugünkü təhlükəsizlik problemi əsas gətirildi, hər hansı açıqlama verilmədi” Maçoğlu belə deyib.

Türkiyədə “kommunist başqan” ləqəbi ilə tanınan Maçoğlu sabaha təzədən gələcəklərini, mandatı aldıqdan sonra bələdiyyəyə saat neçədə gələcəklərini açıqlayacağını bildirib.


Oxunma sayı: 6446

Oxşar yazılar