Azərbaycan Ordusunun ən yaxşı tank bölüyü müəyyənləşdi – Video

  • 14:41 - 04 Aprel

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.

Avropa.info Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb, heyətlərin bilik və bacarıqları artırılıb, döyüş vərdişləri təkmilləşdirilib. Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirib, eləcə də verilən tapşırıqlar dəqiq, vaxtında və düzgün icra olunub.

Yekunda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyənləşib.


SD7hxnwXvd8

Oxunma sayı: 6435

Oxşar yazılar