Bakıda əcnəbinin pullarını oğurlayan şəxs saxlanıldı

  • 10:26 - 04 Aprel

Bakıda əcnəbi vətəndaşın pullarını oğurlayan şəxs tutulub.

  • Daxili İşlər Nazirliyinin mətbuat xidmətində verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15.700 manat pulunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Ağayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

ONA


Oxunma sayı: 7535

Oxşar yazılar