Lionel Messi Kriştiano Ronaldonu qabaqlayıb

  • 18:40 - 03 Aprel

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi La Liqada standart vəziyyətlərdə vurduğu qolların sayına görə Kriştiano Ronaldonu qabaqlayıb.
Avropa.info xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu aprelin 2-də La Liqanın 30-cu turunda “Villareal”la (4:4) görüşün 90-cı dəqiqəsində cərimə zərbəsindən qol vurub. Bu qolla argentinalı hücumçu standart vəziyyətdə vurduğu qolların sayını 81-ə (29-u cərimə zərbəsi, 52-si penalti) çatdırıb. Bu nəticə ilə Messi “Real Madrid”in sabiq portuqaliyalı futbolçusu və hazırda “Yuventus”da forma geyən Kriştiano Ronaldonu (80 qol - 19 cərimə zərbəsi, 61 penalti) geridə qoyub.
Cari mövsümdə Lionel Messi 50 cərimə zərbəsi cəhdindən 7-ni dəqiq yerinə yetirib. Kriştiano Ronaldo isə 23 cərimə zərbəsi cəhdindən heç birində fərqlənməyib.
Qeyd edək ki, argentinalı hücumçu La Liqada “Barselona”nın heyətində keçirdiyi 446 görüşdə 415 dəfə fərqlənib və 238 məhsuldar ötürmə edib.


Oxunma sayı: 12474

Oxşar yazılar