Futbolda 8 qayda dəyişdi

  • 17:25 - 03 Aprel

Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) futbol qaydalarından 8-nin dəyişdiyi haqqında məlumat yayıb.

Avropa.info milli.az-a istinadən xəbər verir ki, dəyişilən qaydalar 1 iyun tarixindən etibarən qüvvəyə minəcək.

Yeni qaydalar bunlardır :

1. Meydanı tərk edən oyunçu hakim əksini söyləmədiyi müddətcə ona ən yaxın yerdən çıxmalıdır.

2. Futbolçuların formaların içinə geyindikləri köynək formaların ucu ilə eyni rəngdə olduğu müddətcə rəngli və naxışlı ola bilər.

3. Hakim oyun təkrar başladıqdan sonra qərar dəyişdirə bilməz. Lakin bəlli vəziyyətlərdə əvvəlki epizod üçün sarı və ya qırmızı kart göstərə bilər. Hakim epizodu "VAR"da incələmək üçün monitorun başına keçərkən oyunçuları sahəyə geri çağırırsa, qərar hələ də dəyişdirilə, qırmızı və ya sarı kart göstərilə bilər. Texniki heyətdən kimsə qaydaları pozarsa, sarı və ya qırmızı kart ala bilər.

4. Hakim atışı zamanı futbolçular ən azı 4 metr hakimdən aralı olmalıdırlar.

5. Hər hansı bir obyektə təpik atmaq və ya tullamaq eyni şəkildə cəza ilə nəticələnə bilər. Sayılmayan qol əsnasında futbolçu qaydalara zidd şəkildə qol sevinci edərsə və buna görə cəzalandırılarsa, qol ləğv edilsə belə, cəzası qüvvədə qalacaq.

6. Qapıçı topu oyuna daxil etdikdən sonra oyunçu topu cərimə meydançası xaricində qəbul etmək məcburiyyətində deyil. Topun cərimə meydançasını tərk etməsi gərəkli deyil.

7. Penalti vuruşu zamanı qapıçının ayağı qapı xəttinin gerisində ola bilməz. Bir addım öndə və ya xəttin üstündə olmalıdır.

8. Futbolçu yan xətdən topu oyuna daxil edərkən rəqib ondan ən azı 2 metr uzaqda olmalıdır.


Oxunma sayı: 12045

Oxşar yazılar