İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçirilir

  • 03 Apr - 2019

Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçirilir. 

Avopa.info xəbər verir ki, iclasda Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi Çingiz Əsgərov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova, daxili işlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitənin üzvü Çingiz Qənizadə, hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva iştirak edirlər.   

İclas Aprel şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Hazırda iclas çıxışlarla davam edir.


Oxşar yazılar