Dərbənd rayon icra hakimiyyətinin binasında axtarış gedir, sənədlər götürülür

  • 16:18 - 03 Aprel

Dağıstanın Dərbənd rayon icra hakimiyyətinin binasına istintaq əməliyyatı gedir.

Avropa.info xəbər verir ki, bu barədə “İnterfaks”a mənbə məlumat verib.

“Hüquq-mühafizə orqanlarının maskalı əməkdaşları Dərbənd rayon icra hakimiyyətin binasına gəliblər. Sənədlər götürürlər, bina mühasirəyə alınıb” – məlumatda deyilir.

“İlkin məlumata görə, sənədlərin müsadirəsi rayon başçısı Məhəmməd Cəlilova qarşı dayandırılmış cinayət işi ilə bağlıdır. O, hazırda məzuniyyətdədir. Axtarışlar başqa işlə də bağlı ola bilər” – mənbə belə deyib.

Xatırladaq ki, Məhəmməd Cəlilov 2018-ci ilin martında iki yerli sakinə qanunsuz torpaq sahəsi verməklə bağlı həbs olunmuşdu. 8 ay ev həbsində qalan icra başçısı məhkəmə tərəfindən bəraət almış, vəzifəsinə bərpa olunmuşdu.


Oxunma sayı: 6864

Oxşar yazılar