Bakının mərkəzində nazirliyə məxsus bina yanıb (Foto/Video)

  • 10:13 - 03 Aprel

Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında yanğın baş verib.

Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a açıqlamasında Mərkəzin rəhbəri Asif Usubalıyev məlumat verib.

O bildirib ki, yanğın səhər saat 7 radələrində başlayıb: “Yanğın artıq söndürülüb. Binanın üçüncü mərtəbənin bir hissəsi və damı zərər çəkib. Hələ tədqiqat gedir. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib”.

Hadisə yerinə "Təcili tibbi yardım" maşınları cəlb olunub. Xəsarət alan yoxdur.


avT49m50PRE

Oxunma sayı: 7634

Oxşar yazılar