Maradona baş məşqçisi olduğu klubun avtobusunu idarə edib - Foto

  • 21:12 - 02 Aprel

Meksikanın "Dorados" komandasının baş məşqçisi Dieqo Maradona növbəti qeyri-adi davranışı ilə gündəmə gəlib.

Avropa.info report-a istinadən, argentinalı mütəxəssis klubun avtobusunu idarə edib. O, maşını hava limanından otelədək sürüb. Komanda  "Tampiko Madero" ilə matçda iştirak etmək üçün səfərə çıxıb.

Qeyd edək ki, görüş "Dorades"in qələbəsi ilə yekunlaşıb - 3:2. Maradonanın rəhbərlik etdiyi komanda 12 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.


Oxunma sayı: 10439

Oxşar yazılar