Bakı Karate-do Akademiyası Çempionlar kuboku uğurunda çempionata ev sahibliyi edib – Foto

  • 12:28 - 02 Aprel

Martın 31-də Şağan Olimpiya İdman Kompleksində Bakı Karate-do Akademiyasının təşkil etdiyi Uşaq, Yeniyetmə və Gənclər arasında  “ IV Açıq Bakı Çempionlar kuboku” uğurunda çempionat keçirilib.

Avropa.info xəbər verir ki, çempionat 31 mart soyqırımında   və aprel şəhidlərimizin əziz xatirəsinə həsr edilib.

Vətənpərvər ruhda keçirilən çempionatın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BKA-nın prezidenti Vüsal Abdullazadə ölkə rəgbərliyinin idmana olan diqqət və qayğısından bəhs edib daha sonra isə bir sıra federasiya rəhbərləri və həmçinin  mahnıları ilə sevilən sənətçilər Şəmistan Əlizamanlı və Musa Musayeva söz verilib.

Çempionlar kuboku uğurunda  13 filialdan, 150-dən çox reytinqli idmançı  qatılıb.

Çempionatın qalibləri kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, Bakı Karate-do Akademiyasının reytinqli idmançıları Rüstəmov Səid (10-11 yaş, 40 kq) , İbayev İbrahim (8-9 yaş, 30 kq), Hüseynli Nihat  (10-11 yaş, -30 kq) və Mirzəzadə Zaur  (6-7 yaş, -23 kq) və həmçinin BKA -nın şef-instruktoru və prezidenti Vüsal Abdullazadə  08.04.2019 - 17.04.2019 tarixləri arasında Portuqaliyanın Caldas da Rainha şəhərində keçiriləcək Dünya çempionatında iştirak edəcək.


Oxunma sayı: 4455

Oxşar yazılar