Bakıda qardaş qardaşı güllələyərək öldürdü

  • 20:19 - 31 Mart

Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.

Avropa.info ona-ya istinadən xəbər verir ki, hadisə bu gün Sabunçı rayonunda qeydə alınıb.

Zağrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb.

Hüseynbala hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.


Oxunma sayı: 7084

Oxşar yazılar