Türkiyə və ABŞ arasında dəniz savaşı ssenarisi : "Onlar dost kimi görünən güclü düşmən ölkədir..."

  • 16:21 - 30 Mart

ABŞ Dənizçilik İnstitutu tərəfindən ABŞ Donanmasının Egey dənizi və Aralıq dənizdə Türkiyə ilə müharibə ssenarisindən bəhs edən kitab nəşr edilib. 
 

Avropa.info xəbər verir ki, Oradmiral Ceyms Stavridisin rəhbəri olduğu Dənizçilik İnstitutunun nəşr etdiyi "Donanma Taktikaları və Dəniz Hərəkatı" adlı kitabda, Türkiyə -Yunanıstan arasına müharibə ehtimalı müzakirə olunur. Kitabda yazıldığına görə, müharibə başlayacağı təqdirdə  ABŞ Yunanıstanın yanında yer alacaq.

Ssenaridə ABŞ 6-ci Donanmasının, sahil boyu Türkiyə Donanmasına qarşı necə hərəkət edəcəyi göstərilir. Kitabda Türkiyə "dost görünən güclü düşmən ölkə" adlandırılır.

Belə bir müharibənin ABŞ-ın Midvay müharibəsindən bu yana yaşayacağı ən böyük müharibə olacağı vurğulanır. 

Qeyd edək ki, bu Türkiyə-Amerika müharibəsi ilə bağlı ilk ssenari deyil.  1995-ci ilin mart ayında Türkiyə ordusunun "Polad Hərəkatı" adlı təlimə başlaması ilə ABŞ tərəfi müharibə ssenariləri hazırlamağa başladı. 3 Sentyabr 1999-cu ildə  dövrün Baş Qərargah rəisi Ordu Generalı Hüseyn Qıvrıqoğlu 28 Fevralı min il davam etdirmək qərarında olduqlarını açıqlaması ilə ABŞ orböyük hərbi təlimlərə başladı. ABŞ ordusu 24 iyul 2002-ci ildə Nevada çöllərində "Millenium Challenge 2002" (Minilliyin Meydan Oxuması 2002) adlı işğal təlimləri keçirdi. Həmin təlimdə  Kipr üzərindən Türkiyəyə qarşı işğal ssenarisi oynanıldı.

Bir başqa hesabatda isə ABŞ-ın Türkiyəyə ordu yeritməsi haqda yazılmışdı. ABŞ Silahlı Qüvvələr Akademiyasının Strateji Tədqiqatlar Mərkəzi, ABŞ-ın qlobal üstünlüyünü itirdiyi reallığından yola çıxaraq, qarşıdakı 10 ildə öz mənfəətləri baxımından yarana biləcək risklər və bunlara qarşı müdaxilə üsullarına dair metodların tədqiq edildiyi geniş bir hesabat hazırlamışdı. Məruzədə, qarşıdakı 10 ildə baş verəcəyi proqnozlaşdırılan və ABŞ üçün təhdid olduğu bildirilən 23 fərqli məsələ üçün səkkiz fərqli müdaxilə metodu təklif edilirdi. Bu gözləntilərdən biri də Türkiyədə bir "iç savaş" ın yaşanması idi. Hesabatda bu vəziyyətdə Türkiyəyə hərbi müdaxilə təklif edilirdi. 

Avropa.info


Oxunma sayı: 6501

Oxşar yazılar