Türkiyə İrandan təbii qaz idxalını artırmaq niyyətindədir

  • 21:42 - 27 Mart

Türkiyə İrandan təbii qaz idxalını artırmağı planlaşdırır.

Bu barədə İranın Milli Qaz Şirkətinin (IGC) rəhbəri Həsən Montazer Torbati deyib.

Onun sözlərinə görə, Türkiyə İrandan daha çox təbii qaz almaq niyyətindədir: “Əvvəlki razılaşmalara əsasən İran hazırda Türkiyə, İraq, Azərbaycan və Ermənistan da daxil olmaqla bir sıra ölkəyə təbii qaz ixracını artırır”.

Qeyd edək ki, Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) məlumatına görə, yanvarda Türkiyə İrandan 824 milyon kubmetr təbii qaz idxal edib.

 

 

azərtac


Oxunma sayı: 6479

Oxşar yazılar