Şəhidimiz dəfn olundu – Fotolar (Yenilənib)

  • 11:33 - 27 Mart

Ermənistan silahlı qüvvələrinin bölmələrinin martın 26-da cəbhənin Füzuli rayonu istiqamətində mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan Ordumuzun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilib.

Avropa.info xəbər verir ki, Dəfndə Qazax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirlərii və əsgər yoldaşları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib. Yaylım atəşindən sonra, Yuxarı Salahlı kənd qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

***

Martın 26-da Ermənistan tərəfinin bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlunun nəşi doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndindəki evinə gətirilib.

Avropa.info Oxu.az-a istinadən xəbər verir ki, mərasimdə mərhumun yaxınları, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin nümayəndələri və kənd sakinləri iştirak edir. 

Dəfn mərasimində böyük izdiham müşahidə edilir.

Xatırladaq ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.

Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq, növbəti təxribatların qarşısı alınıb.

Şəhidimiz dəfn olunur - FOTO
Şəhidimiz dəfn olunur - FOTO
Şəhidimiz dəfn olunur - FOTO
Şəhidimiz dəfn olunur - FOTO
Şəhidimiz dəfn olunur - FOTO
Şəhidimiz dəfn olunur - FOTO
Şəhidimiz dəfn olunur - FOTO

Oxunma sayı: 8316

Oxşar yazılar