Polşada ABŞ ordusunun yük maşınları toqquşdu - Yaralananlar var

  • 23:41 - 26 Mart

Polşanın cənubunda ABŞ ordusuna məxsus 3 yük maşını toqquşub. 

Qəzadan sonra iki hərbçi yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Hadisə yerinə polis cəlb edilib. Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Polşada ABŞ-ın 3,5 min nəfərlik tank briqadası yerləşib.


Oxunma sayı: 4950

Oxşar yazılar