Moskvada FTX generalının meyiti tapıldı

  • 23:20 - 26 Mart

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ehtiyatda olan general-mayoru Moskvadakı evində ölü tapılıb.

Bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, general Rusiya paytaxtının şərqindəki evində yaşayıb. Orada FTX-nin onun adına olan pensiya kartı tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

General-mayorun evində “Glock” və “Brauninq” markalı tapançalar, travmatik tapança, ov tüfəngi və 150 patron da aşkarlanıb.

Hazırda hüquq-mühafizə orqanları generalın nədən öldüyünü dəqiqləşdirirlər.


Oxunma sayı: 4543

Oxşar yazılar