Qubanın Qırız kəndinə 20 santimetr qar yağıb
- 17:00 - 26 Mart
Quba rayonunun Qırız kəndinə yağan qarın hündürlüyü 20 santimetrə çatıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AzərTAc-a bildiriblər ki, qar Quba ilə yanaşı, Qusar və Xızı rayonlarının dağ kəndlərinə də yağıb.
Martın 25-dən yağmağa başlayan qarın hündürlüyü Qubanın Xınalıq kəndində 9, Təngəaltında 4, Xızının Altıağac kəndində isə 6 santimetr təşkil edir.
Qar yağması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb.