Sensasiya: Tramp işğal olunmuş Suriya ərazilərini İsrailin bir hissəsi kimi tanıdı

  • 21:45 - 25 Mart

Tramp İsrailin Qolan təpələri üzərindəki suverenliyinin tanınmasına dair sənədə imza atıb.

ABŞ prezidenti sənədi İsrailin baş naziri Bunyamin Netanyahunun iştirakı ilə imzalayıb.

Netanyahu qarşılığında Amerika liderinə minnətdarlığını bildirib: "İsrailin heç vaxt sizin kimi yaxşı dostu olmayıb".

O, həmçinin sənədin imzalanma gününü tarixi hadisə adlandırıb.

1944-cü ildən Suriyaya məxsus olan Qolan təpələri 1967-ci ildə Altıgünlük müharibə nəticəsində İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail parlamenti “Qolan təpələri haqqında Qanun” qəbul edib və birtərəfli şəkildə yəhudi dövlətinin bu ərazilər üzərində suverenliyini elan edib. Bu ilhaq aktı BMT Təhlükəsizlik Şurasının 17 dekabr 1981-ci il tarixli 497-ci qətnaməsi ilə etibarsız sayılıb.


Oxunma sayı: 6765

Oxşar yazılar