Timoşenko söz verdi: Poroşenkonu və üç dostunu həbsxanaya salacaq

  • 21:06 - 25 Mart

“Batkivşina” partiyasının sədri və Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenko qalib gələrsə, hazrkı dövlət başçısını həbsə salacağına söz verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, jurnalist Dmitri Qordona geniş müsahibə verən siyasətçi Poroşenko və 3 yaxın dostunun günahının sübuta yetiriləcəyi təqdirdə, onları həbsxanaya göndərəcəyini söyləyib.

Timoşenko opponentini korrupsiyada ittiham edib.

Xatırladaq ki, daha əvvəl Timoşenko Avropa İttifaqının (Aİ) Poroşenkoya qarşı anti-korrupsiya araşdırması başlatdığını bildirmişdi. Timoşenko istintaqın artıq başlandığını və eyni vaxtda Aİ, İngiltərə və ABŞ tərəfindən aparıldığını vurğulayıb.


Oxunma sayı: 4466

Oxşar yazılar