Kürdəmirdə 28 yaşlı qadın intihar edib

  • 17:05 - 25 Mart

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

Reportun məlumatına görə, hadisə rayonun Pirili kəndində qeydə alınıb.

Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Səfərova Gülnarə Əliyar qızıözünü asaraq öldürüb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. G.Səfərovanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Oxunma sayı: 4169

Oxşar yazılar