Prezident İlham Əliyev banqladeşli həmkarına təbrik məktubu göndərib

  • 16:22 - 25 Mart

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib. 

Avropa.info xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".


Oxunma sayı: 4532

Oxşar yazılar