Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

  • 11:06 - 25 Mart

Rumıniyanın İsrailin Tel-Əviv şəhərindəki səfirliyi Qüdsə (Yerusəlim) köçürüləcək.

Bunu bazar günü ölkənin baş naziri Viorika Dançile deyib.

"Bu gün Amerika - İsrail İctimai Münasibətlər Komitəsi auditoriyası qarşısında açıqlayıram ki, ölkəmizdə qərar qəbuletmə prosesində iştirak edən bütün konstitusiya subyektləri tərəfindən təhlil edildikdən sonra, tam razılıqla, mən, Rumıniyanın baş naziri və hökumət başçısı olaraq, Rumıniya səfirliyini Yerusəlimə, İsrailin paytaxtına köçürəcəyik", - deyə Rumıniya hökumətinin mətbuat xidməti baş nazirin sözlərini sitat gətirib.

 

 

 

report


Oxunma sayı: 4081

Oxşar yazılar