İstanbulda milyonların mitinqi: Səhnədə Ərdoğandır - Fotolar

  • 24 Mar - 2019

Bu gün İstanbulun Yeniqapı meydanında təşkil edilən "Cumhur İttifaqı Böyük İstanbul Mitinqi"ndə 1 milyon 6 yüz min adam iştirak edib.

Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mitinq zamanı çıxış edərək xalqa səsləndi.

"Bir dövrün qapanıb digər dövrün açıldığı bu şəhəri sonuna qədər İslam şəhəri olaraq qoruyacağıq.  İstanbulu bölgənin və dünyanın parıldayan bir ulduzuna çevirdik. İnşallah 1 Apreldən sonra da burada  qələbəni qeyd edəcəyik."-deyə dövlət başçısı deyib.

"CHP-dən aldığımız İstanbulda su yox idi, hava çirkliliyi var idi. Sonradan İstanbula su gətirdik və 2040-ci ilə qədər İstanbulda su çətinliyi olmayacaq. Cənab Kamal, sən bu işlərdən anlamazsan. Təsadüfi bir insanın İstanbula Bələdiyyə sədri olması uyğun olmazdı. Bu səbəblə də qardaşım Binəli Yıldırımı namizəd göstərdik. Onlar terror təşkilatı ilə əl-ələ verib keçmişi kirli birisini İzmirə layiq gördülər. Lakin onların üfüqü yoxdur və üfüqü olmayanın  idarəetmə qabiliyyəti də olmaz. Yassıadanı beynəlxalq iclaslar mərkəzinə çevirəcəyik. Adını da  "demokratiya və azadlıq" adlandırırıq. Seçkidən qısa müddət sonra da açılışını edəcəyik". - deyə Ərdoğan çıxışında qeyd edib.

Avropa.info

 

 


Oxunma sayı: 198

Oxşar yazılar