Pakistan hərbçilərimizi ayaq üstə alqışladı - Video

  • 22:43 - 24 Mart

Ötən gün Azərbaycan Ordusunun nümayəndə heyəti Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi parada qatılıb. 

Avropa.info axar.az-a istinadən xəbər verir ki, tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun parad heyətinin keçidi ayaq üstə alqışlanıb. 

Dövlət televiziyası ilə canlı yayımlanan paradda aparıcı Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun gəlişi, həmçinin əsgərlərimizin keçidi zamanı efirdən Azərbaycan dilində "Xoş gəldin" deyib və "Yaşasın Azərbaycan-Pakistan qardaşlığı" şüarını səsləndirib. 

Görüntüləri təqdim edirik:

 


6Jj4Ne-oVxE

Oxunma sayı: 4972

Oxşar yazılar