Bakıdan gedən qatarı bəylə gəlin qarşıladı - Video

  • 22:20 - 24 Mart

Bakı-Ankara marşrutu üzrə sərnişin daşıyan qatarın Qarsda qarşılanması zamanı maraqlı hadisə yaşanıb. 

Avropa.info axar.az-a istinadən xəbər verir ki, qarlı havada Qars dəmiryolu stansiyasına daxil olan qatarın ilk sərnişinləri stansiyada xatirə fotosu çəkdirən bəy və gəlin olub. Gülsüm və Qasım Səid cütlüyü daha sonra qatara daxil olaraq burada da xatirə şəkilləri çəkdiriblər. 

Qeyd edək ki, Ankara-Bakı istiqamətində sərnişin daşınması üçün istifadə ediləcək qatarlar Türkiyə, Gürcüstan və Azərbaycandakı dəmiryolu xətlərinin rels ölçülərinin fərqli olması nəzərə alınaraq istehsal edilib. Bu xüsusiyyətinə görə, qatar sərhəddə dayanmadan yoluna davam edə biləcək.


TbPIyccCZgc

Oxunma sayı: 4796

Oxşar yazılar