“Əli Kərimli üçün əhalinin marağı üçüncü dərəcəli məsələdir” - AXCP fəalı

  • 15:17 - 24 Mart

“Əli Kərimli üçün əhalinin marağı üçüncü dərəcəli məsələdir”-AXCP fəalı Hökumətin sosial-iqtisadi dəyişikliklərinə yanaşmada Milli Şura təmsilçiləri və “Yurd” lideri Əli Kərimli adətinə xilaf çıxmadı. 

Bu adamlar hesab edirlər ki, islahatlar, əfv sərəncamı və digər addımlar 19 yanvar mitinqinin nəticəsidir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Amil Baycan hesab edir ki, siyasi proseslərdən kənarda qalmış, heç bir təsir gücü olmayan ənənəvi müxalifət, “Yurd” sədri Əli Kərimli bununla özünə təsəlli verir:

“Əli Kərimli 19 yanvar mitinqinə qədər, 20-ci sahədəki meydanda, “Məhsul”da az qala 100 dəfə qışqırıb, tələblər səsləndirib, dəfələrlə icazəli və icazəsiz mitinqlər təşkil edib, bəs niyə o zaman mitinqin səsi eşidilmədi, tələbləri saya sayılmadı, amma indi sayıldı? Bütün bunları bilərək, niyə olanları öz adına çıxırlar? Bununla müxalifətdə mövqeyini qorumaq istəyirlərsə etsinlər, amma millətin haqqını öz adına çıxmasınlar. Əmək haqqı, pensiyaların artması, şəhid ailələrinə göstərilən qayğı, problemləri kreditlərin həlli və digər sosial, iqtisadi islahatlar, yeniliklər millətin öz haqqıdır, dövlətin də borcudur və dövlət öz borcunu yerinə yetirib. Əhalinin sosial rihaf halının yaxşılaşdırılması dövlətin inkişafıdır və hakimiyyət də bunu yaxşı başa düşür”. 

Amil Baycan Cebhe.info-ya  bildirib ki, AXCP sədri Razi Nurullayev ayrı-ayrı sahələrin inkişafı və sosial islahatlarla bağlı bir neçə dəfə təkliflər paketi hazırlayaraq hökumətə təqdim edib. Prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası zamanı bu təklifləri efirdən səsləndirib: 

“Lakin Əli Kərimlidən fərqli olaraq AXCP sədri Razi Nurullayev təsadüfi hallarda öz təklifləri haqqında danışır və bu günki islahatlarla müqayisə edir. Çünki Razi Nurullayev dövlətin və millətin inkişafını istəyir. Əli Kərimli üçün isə dövlətin, millətin inkişafı, cəmiyyətin maraqları üçüncü dərəcəli məsələdir. Onlar üçün əsas olan üzdə olmaq, gündəmdə qalmaq, mitinqlər və siyasi məhbuslar üzərindən qrant qazanmaqdır”. 


Oxunma sayı: 5060

Oxşar yazılar