Türk komandoslar əməliyyata hazırlaşır: Qəndil məhv edilir

  • 20:00 - 24 Mart

Türkiyə Silahlı Qüvvələri PKK ilə mübarizə tədbirləri çərçivəsində ölkə daxilində və xaricində yeni əməliyyatlara hazırlaşır.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, məlumata görə, İğdırın Aralıq mahalında jandarma qüvvələrinin və sərhədin digər tərəfində İran əsgərlərinin əməliyyatları PKK-nın maliyyə mənbələrinin aradan qaldırılmasına hesablanıb. Narkotik ticarəti və qaçaqmalçılıqdan maliyyələşən PKK-ya ən böyük zərbənin isə Qəndildə vurulması planlaşdırılır.

Bu çərçivədə İraq mərkəzi hökuməti ilə Türkiyə tərəfi arasında danışıqlar intensivləşdirilib. Türk xüsusi təyinatlılarının tezliklə Qəndilə sarsıdıcı zərbə vurmağa hazırlaşdığı qeyd olunub.


Oxunma sayı: 4455

Oxşar yazılar