Füzulidə ağır qəza: qatarla avtomobil toqquşdu - Foto

  • 18:55 - 24 Mart

Füzuli rayonunda yük qatarı ilə VAZ-2106 markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un verdiyi məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Oxunma sayı: 4059

Oxşar yazılar