Bu ölkə "Kalaşnikov"lardan imtina edir

  • 12:02 - 24 Mart

Rumıniya ordusu "Kalaşnikov" avtomatlarından imtina edir. 

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rumıniya İqtisadiyyat naziri Nikolaye Bedeleu deyib. 

Onun sözlərinə görə, "Kalaşnikov" yerinə rumın ordusu İtaliya avtomatları ilə təchiz ediləcək. Bu avtomatların ARX-160 olacağı və onları İtaliyanın “Beretta” şirkətinin Rumıniyanın Plopen şəhərindəki zavodda hazırlayacağı vurğulanıb. 

Bedeleu Rumıniyanın "Kalaşnikov"dan NATO standartlarına uyğunluq üçün imtina edəcəyini bildirib.


Oxunma sayı: 9581

Oxşar yazılar